FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakının Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində baş verib.

Vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin 2 otağı, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 38 kv. m sahədə yanıb, digər otaqda olan əşyalar isə yüksək temperaturdan qismən əriyib. 14-cü mərtəbədə isə digər vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin pəncərə çərçivələri 8 kv. m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yuxarı mərtəbələrdən 20 nəfər bina sakini təxliyə olunub. Hər iki mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 13:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm