Bakıda dava, 1 ölü, 2 yaralı
Bizi izləyin

Qırmızı.az

Bakıda dava, 1 ölü, 2 yaralı

Bakının Xətai rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən dava olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı şəhər sakinləri Elşad Kərimov, Ömər Cəbrayılzadə və Anar Süleymanov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib.

Xəsarət alan E.Kərimov xəstəxanada ölüb, Ö.Cəbrayılzadənin və A.Süleymanovun vəziyyətləri qənaətbəxşdir.

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Göranboy rayon sakini Orxan Abdullayev tutulub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm