Bu il 842 km uzunluğunda magistral su xətti çəkilib
Bizi izləyin

Qırmızı.az

Bu il 842 km uzunluğunda magistral su xətti çəkilib

Bu ilin son 9 ayı ərzində Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda 842,5 km uzunluğunda magistral və paylayıcı su xətləri çəkilib. “Azərsu”ASC-dən Publika.az-a verilən məlumata görə, çəkilmiş su xətlərinin 631 km-i regionlarda həyata keçirilmiş layihələrin payına düşür.

Məlumatda bildirilir ki, 9 ay ərzində 235 km-i regionlarda olmaqla 267 km uzunluğunda kanalizasiya və yağış suları xətlərinin çəkilişi təmin edilir.

Ceyranbatan-Balaxanı-Qala-Zirə magistral su xəttinin 22,2 km-lik Qala-Zirə hissəsinin tikintisi yekunlaşıb. Bu ilin son 9 ayı ərzində Bakı şəhəri və Abşeron yarımadasında içməli su və kanalizasiya layihələrinin icrası davam etdirilib. Böyük infrastruktur layihələrindən olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğusunun tikintisi üzrə əsas işlər başa çatdırılıb.

Məlumatda həmçinin bildirilir ki, son 9 ay ərzində "Azərsu" ASC tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin respublikanın 24 şəhər və rayon mərkəzlərində dövlət büdcəsi vəsaitləri və beynəlxalq

Gəncə şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Göygöl mənbəyindən 24,5 km uzunluğunda magistral su xəttinin tikintisi başa çatdırılıb və şəhərə suyun verilməsi təmin edilib. Sabirabad və Saatlı şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmış, 61,6 km uzunluğunda Talış-Sabirabad-Saatlı magistral su xəttinin tikintisi həyata keçirilib. Lənkəran və Astara şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutan məhsuldarlığı sutkada 30 min kubmetr olan Xanbulan sutəmizləyici qurğusunun tikintisi layihəsi icra edilib.

Yanvar-sentyabr ayları ərzində Bakı şəhəri və Abşeron yarımadasında tunel tipli kanalizasiya kollektorlarının tikintisi istiqamətində ciddi işlər görülmüş, hazırda Xocasən-Binəqədi-Xırdalan, Dərnəgül-Bakıxanov-Qaraçuxur, Bayıl-Bibiheybət-Lökbatan, Pirşağı tunel tipli kanalizasiya kollektorlarının inşası davam etdirilir.

Ötən müddətdə regionlarda 14 ədəd su anbarı tikilmiş, 12 subartezian quyusu istismara verilmişdir. Yanvar-sentyabr aylarında 119 min ədəd smart-kart tipli su sayğacı quraşdırılmışdır ki, bunların da 45 mini bölgələrin payına düşür. Tikinti-quraşdırma işləri üzrə layihələrin icrası nəticəsində 156 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib. Ümumilikdə icra olunan layihələr 358 min nəfərin içməli su təchizatını yaxşılaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm