Qırmızı.az
Bakıda bir ailəni zəhərləyib öldürən kimdir - Müdhiş iddia
Bakıda iki nəfəri zəhərləyərək öldürməkdə təqsirli bilinən Astara sakini, 59 yaşlı Aydın Qəhrəmanova ömürlük həbs cəzası verilib.
A.Qəhrəmanov Bakı sakini Aidə Yəhyayeva və onun qardaşı qızı Samirəni qurğuşunla zəhərləyib öldürməkdə təqsirləndirilib.
A.Qəhrəmanovla bağlı Axar.az-a daxil olan xəbərdə bildirilir ki, qurğuşun təkcə Aidə və Samirəni yox, onun özünü də zəhərləyib.
Məlumata görə, məhbus uzun müddət müalicə olunub. Xəstəxanadan çıxandan sonra qeyri-rəsmi nikahda yaşadığı Aidənin də qurğuşundan zəhərləndiyini görüb. Lakin Aidə və Samirənin həyatını xilas etmək mümkün olmayıb.
Bundan sonra Türkiyədə yaşayan Nazilə Yəhyayeva bacısının öldürülməsi iddiası ilə məhkəməyə müraciət edərək Qəhrəmanovu həbs etdirib. A.Qəhrəmanov deyib ki, buna qədər Yəhyayevlər ailəsində Aidənin digər yaxınları da qurğuşundan zəhərlənərək ölüblər. Üstəlik, onları öldürmək niyyəti olsaydı, özü də zəhərlənməzdi.
Məhkum baş verən hadisəni Aidə ilə birlikdə tikdirdiyi mənzillə əlaqələndirib. Deyib ki, Aidənin digər bacısı İndira evə sahiblənmək üçün hamını zəhərləyib. Ancaq istintaqın yekununda məhkəmə ona ömürlük həbs kəsib. A.Qəhrəmanov ölkə başçısı, baş prokuror, ombudsmana müraciət edərək kömək istəyib. O, hökmü ədalətsiz hesab edir və özünü günahsız sayır.
Qeyd edək ki, bu iş üzrə əvvəlcə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Aydın Qəhrəmanov 2013-cü il avqustun 27-də həbs edilib və barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, nə istintaq zamanı, nə də məhkəmə prosesində Aydın Qəhrəmanov ona elan olunmuş ittihamlarla razılaşıb. O, heç kimi öldürmədiyini, əksinə, hər iki mərhumun, hətta onun özünün də İndira Yəhyayeva tərəfindən qurğuşun tozu ilə zəhərləndirildiyini bildirib.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı