• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Cin bədəndən belə çıxdı – ŞOK - VİDEO

Cin bədəndən belə çıxdı – ŞOK - VİDEO

“İki tip cin var. Bəziləri yaxşıdı, bəziləri pis. Cinlərin də bəziləri insanlar kimi pis işlərlə məşğul olur, insanların bədəninə girib orada yaşayırlar. Cinin insan bədəninə daxil olmasına insanlar şərait yaradırlar. Yəni, biz bədənimizi qoruduğumuz kimi, ruhumuzu qoruya bilməyəndə onlar ruhumuza daxil olur və bizi idarə edirlər”.


Bu sözləri insanın bədənindən cin çıxardığını iddia edən Məmməd Bazaroğlu deyir.

Dünya yaranandan insan oğlu dünyanı bu varlıqlarla bölüşməli olub. Cin, şeytan adlandırılan bu varlıqlar da adəm övladını yoldan çıxarmağa, Allahın yolundan ayırmağa çalışıblar. İnsanın cənnətdən qovulma səbəbi də gözlə görülməyən, amma bizi idarə edə bilən varlıqlardır. İnsan oğlu da bu varlıqlardan qorunmaq üçün hər zaman yollar axtarmağa çalışıb. Kimisi cadu, kimisi dua və s. üsullar tətbiq edib. Bu üsulları daha da təkmilləşdirənlər isə xüsusi adlarla cin, şeytan kimi varlıqları insanlardan uzaq durmağa məcbur etdiklərini iddia edirlər.

Məmməd Bzaroğlu da özünəməxsus üsullarla insan bədənindən cin çıxardığını iddia edir.
O, cinlərin insan bədəninə müxtəlif formalarla girdiyini deyir:

“Cinlər insan bədəninə qorxu, bəd nəzər, həsəd, cadu ilə girə bilirlər. Kiminsə bədənində cin girdiyini bilmək çətin deyil. Həmin insanın baxıcı və ya ekstrasensə getməsinə ehtiyac yoxdur. Sadəcə bir yerdə oturub “Fatihə” surəsini oxumaq yetər. Beş-on dəqiqə oxuyan adam təmizdir. Kimin canında cin varsa, bu surəni sona qədər oxuya bilmir. Bədəninə istilik gəlir, göydə uçduğunu və ya boğulduğunu hiss edir. Cinlər insanda müxtəlif bədxassəli şişlər, zob, şəkər kimi xəstəliklər yarada bilir”.

Məmməd Bazaroğlu deyir ki, bədənində cin olan insanlar namaz qılan zaman həyəcanlanır, qıla bilmirlər. Səhər və axşam saatlarında ürəklərində narahatlıq olur, durduqları yerdə ağlayırlar. Quran, azan səsi eşidə bilmirlər. Qulaqlarına səs gəlir və həmin səs onları yoldan çıxır. Onların seçilmiş insan olduqlarını deyirlər:

“Həmin adamlarda qorxu, həyəcan olur. Rahat otura, yata bilmir, yatanda da pis yuxular görürlər. Bu halları yaşaması onun bədəninə daxil olan cinlərin hansı cinsdən olmasından asılıdır”.

Həmsöhbətimiz insanları cinlərin əsarətindən qurtara bildiyini deyir. Bunun üçün onun xüsusi üsulları da var:

“Dua və Quran oxumaqla insan bədənindən cini qovuram. Amma bunu 50 yaşından yuxarı insanlara tətbiq etmirik. Çünki prosesə yaşlı insanın ürəyi dözməz. Cin insan bədənindən çıxanda, o, sanki tamam başqa insan olur. İt, pələng səsi çıxarır. Kişilərlə isə bu daha dəhşətli olur. Gərək əl-ayağını bağlayasınız, yoxsa 5-6 adam onu sakitləşdirə bilməz. İnsanların bədənindən çıxardığım cinlərlə söhbət edirəm. Onlar deyirlər ki, şəkərli insanın bədənində yaşamaq onlar üçün çox çətin olur. Buna görə də qanda şəkərin miqdarı artanda onlar fəaliyyətə keçir və mədəaltı vəzi sıradan çıxarırlar. Bunlar hamısı həmin seansları keçirərkən cinlərin dediyi sözlərdir”.

Kifayət
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR