• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Daha iki məktəb qardaşlaşdı - FOTO

Daha iki məktəb qardaşlaşdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İlboyu bilik" proqramı çərçivəsində "Qardaşlaşmış məktəblər" layihəsini davam etdirir.

Fonddan Publika.az-a verilən məlumata görə, oktyabrın 29-da Qax rayonu 2 saylı şəhər məktəb-liseyin şagirdləri ilə Bakının Yasamal rayon 158 saylı tam orta məktəbinin şagirdləri görüşüb.

Qax məktəblilərini paytaxtda Bilik Fondunun xüsusi geyimlərində olan yaşıdları qarşılayıb. 158 saylı məktəblə tanışlıqdan sonra məktəblilər Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Şagirdlər qədim qalalarda, muzeylərdə olub, Bakının tarixi yerləri barədə geniş bilgilər əldə ediblər. Gəzintidən xoş təəssüratlar alan qaxlı şagirdlər bu layihədə iştiraklarından razılıqlarını bildiriblər.

Tərəflər arasında “Qardaşlaşma sazişi” imzalanıb. Hər iki məktəbin nümayəndələri imzalanma mərasimindən sonrakı çıxışlarında dostluqlarını davam etdirəcəklərini vurğulayıblar və qaxlılar Bakı məktəblilərini qonaq dəvət ediblər.

Layihə çərçivəsində ilk dəfə məktəblilər Bilik Fondunda olublar. Fondla geniş tanışlıqdan sonra komandalar arasında yarışma başlayıb. Bilik yarışmasında Yasamal məktəbliləri qalib gəlib. Qaliblərlə yanaşı, məğlublar da mükafatlandırılıb. Onlara kuboklar, sertifikatlar, təşəkkürnamələr, kitablar və qiymətli hədiyyələr verilib.

Qeyd edək ki, Bilik Fondu “Qardaşlaşmış məktəblər” layihəsinə sentyabr ayının əvvəlindən start verib. Bu müddətdə müxtəlif rayonların məktəbləri layihəyə cəlb olunub, 26 məktəb arasında qardaşlaşma sazişi imzalanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR