Bakıda yeni piyada keçidi tikilib
Bizi izləyin

Qırmızı.az

Bakıda yeni piyada keçidi tikilib

Bakıda yeni piyada keçidi inşa olunub. Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində olan yeni yeraltı piyada keçidinin tikintisinin artıq başa çatdığını deyən P. Mürsəliyevin sözlərinə görə, yeni tikili müasir standartlara uyğun inşa olunub:

“Keçidin uzunluğu 88, eni 8, hündürlüyü 3,20 metrdır. İki giriş-çıxışı olan keçiddə əlil arabalarının hərəkəti üçün xüsusi yer hazırlanıb. Bundan əlavə, keçiddə müasir işıqlandırma sistemi, qrunt sularının kənarlaşdırılması üçün nasosxana da quraşdırılıb”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm