Qırmızı.az
Xəbərdarlıq: Temperatur 12 dərəcə enəcək
Azərbaycanda hava şəraiti yenidən kəskin soyuyacaq, temperatur 12 dərəcəyə kimi enəcək, bəzi ərazilərə qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, noyabrın 2-si günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin əlverişsiz keçəcəyi, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq temperaturun kəskin - 8-10 dərəcə enəcəyi gözlənilir. Noyabrın 2-si axşam, noyabrın 3 və 4-də isə hava soyuq keçəcək. Bu müddətdə havanın maksimal temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir. Fasilələrlə yağntı müşahidə ediləcək.
Azərbaycanın rayonlarında noyabrın 1-də şimal və qərb rayonlarından başlayaraq noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.
Noyabrın 2-dən başlayaraq havanın temperaturu tədricən 7-12 dərəcə enəcək. Bəzi rayonlarda güclü qərb və şimal-qərb küləyi əsəcək.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan