Kömür mədənində qəza: 12 nəfər su altında qaldı
Bizi izləyin

Qırmızı.az

Kömür mədənində qəza: 12 nəfər su altında qaldı

Kolumbiyanın Antiokiya qubernatorluğundakı kömür mədənini su basıb.

Publika.az-ın məlumatına görə, fəlakət nəticəsində 12 fəhlə mədəndə qalıb.

Mədənçilik və Enerji nazirliyindən verilən açıqlamaya görə, hadisə yerinə çoxlu sayda xilasedici dəstə göndərilib. Nasoslarla suyun çəkilməsinə başlanılıb.

Bununla belə, Antiokiyanın qubernatoru Serxio Faxardo deyib ki, mədənçiləri 3 gündən tez xilas etmək mümkün olmayacaq.

Qeyd edək ki, həmin mədəndə 2010-cu ildə baş verən qəzada 60-dan çox fəhlə həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm