• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bakıda cibgirlər tutuldu

Bakıda cibgirlər tutuldu

Bakıda saxlanılan 3 nəfər cibgirin cibindən müxtəlif növ narkotik maddə tapılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Osmanov tutulub. Araşdırma zamanı onun üzərindən umumi çəkisi 0,915 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.

Daha bir analoji hadisə Nəsimi rayonunda qeydə alınıb. Nəsimi RPİ-nin əməkdaşları tərəfindən iki nəfər saxlanılıb. Belə ki, Nəsimi RPİ-nin Cinayət Axtarış Şöbəsi, 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Şərur rayonu sakini Coşqun Nağıyev və Bakı şəhər sakini Şəfa İsmayılova tutulub.

Araşdırma zamanı C.Nağıyevdən ümumi çəkisi 1,766 qram, Ş. İsmayılovadan 1,419 qram tiryək aşkar olunaraq götürülüb.

Amid

Xəbər lenti

DAHA ÇOX XƏBƏR