Qırmızı.az
Sabah sulu qar və qar yağacaq
Sabah Azərbaycanda qeyri-sabit, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a
verilən məlumata görə, noyabrın 2-si günün ikinci yarısından
başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin
əlverişsiz olacağı, şimal küləyinin güclənəcəyi, axşam saatlarından
başlayaraq temperaturun kəskin - 8-10 dərəcə enəcəyi
gözlənilir.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük
təşkil edəcək, arabir yağış yağacaq, gecəyə doğru yağıntılı olacaq,
şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 8-10, gündüz
10-13, axşama doğru isə 5 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində noyabrın 2-də hava yağıntılı olacaq, bəzi
yerlərdə intensivləşəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar və
qar yağacaq. Qərb küləyi arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 8-13,
dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5
dərəcə isti olacaq.
Noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı
olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi
rayonlarda sulu qar və qar yağacağı gözlənilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR