Qırmızı.az
"Ağıllı uşaq idi..." - Bəs niyə üç dayısını yandırdı?
Dünən Sumqayıt şəhərində 23 yaşlı oğlanın üç dayısını yandırması ilə bağlı xəbər eşidənləri şoka salıb.
Üç dayısını yandıraraq öldürən 23 yaşlı Əsgəralı Abbasov haqqında sumqayitxeber.com saytına əlumat daxil olub.
Xızı rayonunun Şurabad qəsəbəsində yaşayan və onu tanıyan şəxslərdən biri sumqayitxeber.com-a yazaraq bildirib ki, Əsgəralı Abbasov pis uşaq olmayıb, kənddə bu vaxta kimi heç kimlə işi olmayıb, davakar deyildi, normal ailə idilər.
Bu vaxta kimi onun haqqında heç bir xoşagəlməz hadisə eşitməmişik, nə zaman görmüşük başını aşağı salıb yolunu gedən olub. Görün onu nə həddə gətiriblər ki, belə bir hadisə törədib.
Dayılarını yandıran Əsgəralı Abbasovu tanıyan şəxs bildirib ki, onun dayıları Şurabadda yaşamayıb və harada yaşamaları ilə bağlı heç bir məlumatları yoxdur.
Qeyd edək ki, 23 yaşlı Əsgəralı Abbasov, dayıları ilə birgə Corat qəsəbəsi Bağlar massivində Maqsud adlı şəxsə məxsus villanın tikintisində çalışıblar. Onlar iş vaxtından sonra gecələri həmin həyətdə yerləşən köhnə tikili evdə gecələyirmişlər.
Belə ki, hadisə baş verməzdən əvvəl S.Abbasov və dayıları çoxlu yeyib-içiblər. Bu zaman dayılar bacısı oğluna təhqiramiz zarafatlar ediblər. Bundan sonra evi tərk edən gənc oğlan, qapıya arxadan böyük qıfıl vurub və dəmir barmaqlıqları olan pəncərədən içəri od vurur.
Hadisə vaxtı 3 dayının çığırtısını qonşular eşidib. Yanğınsöndürənlərə xəbər veriblər. İçki masası, stolun üstündəki araq butulkaları, yanmış yataq dəstləri, çarpayı və divandakı, həmçinin divardakı izlər hadisənin nə qədər dəhşətli olduğunu göstərir
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO