Nazir Aşura günü ilə bağlı əmr imzaladı
Bizi izləyin

Qırmızı.az

Nazir Aşura günü ilə bağlı əmr imzaladı

Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov sabah Azərbaycanda keçiriləcək Aşura dini mərasimləri zamanı ictimai asayişin təmin edilməsi məqsədi ilə müvafiq əmr imzalayıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, əmrdə qeyd olunur ki, polis əməkdaşları dini mərasimlərin keçiriləcəyi yerlərdə təhlükəsizliyin təmin edilməsi, sözügedən yerlərdə polis naryadlarının təmin olunması, habelə qanunsuz dini təbliğatın aparılmasının və azyaşlı uşaqların belə tədbirlərə cəlb edilməsinin qarşısını almaq üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.

Bundan başqa, Aşura günü Bakı və o cümlədən respublikanın şəhər və rayonlarında avtonəqliyyat vasitələrinin idarəsi zamanı baş verə biləcək xoşagəlməz hadisələrin, o cümlədən tıxacların qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsi nəzərdə tutulub.

Amid Əyyuboğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm