Mobil qurğular bazarında artım var
Bizi izləyin

Qırmızı.az

Mobil qurğular bazarında artım var

Azərbaycanda mobil qurğular bazarının intensiv artımı davam edir. "Global Stats" statistika mərkəzinin hesabatına əsasən, Azərbaycanda son bir il ərzində daşınan (portativ) kompüter bazarının həcmi iki dəfədən çox artıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, iyun ayının əvvəlində mobil kompüter bazarının payı 39,21% təşkil edib.

Son bir ildə bazarın bu seqmenti 31,6%, bu ilin əvvəlindən isə ölkədə portativ kompüterlərin (noutbuklar, netbuklar) bazar payının 34,9 % artımı müşahidə olunub.

Planşet kompüterlər bu reytinqdə 5,33% pay ilə üçüncü yeri tuturlar. Bu ilin yanvar-oktyabr aylarında bazarın bu seqmentinin artımı 24,6% təşkil edib, son bir ildə isə planşet qurğular seqmenti 38,8% artıb.

Stasionar fərdi kompüter bazarının payı isə son bir ildə 20,7% azalaraq 55,46% təşkil edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm