• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qənirə Paşayeva Sakarya Üniversitetinin rəhbərliyi və azərbaycanlı tələbələrlə görüşüb

Qənirə Paşayeva Sakarya Üniversitetinin rəhbərliyi və azərbaycanlı tələbələrlə görüşüb

Universitetin rektor müavini Prof.Dr. Musa Eken qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiklərini deyən Sakarya Universitetin rektor müavini Prof.Dr. Musa Eken Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib.

O, Sakarya Universitetinin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və Sakarya Universitetində təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artmasından məmnuniyyət duyduqlarını və onların burada təhsil almaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib. Q. Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Sakarya Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Sakarya Universitetində təhsil alan tələbələrin sayının getdikcə artmasının və 300-dən artıq tələbənin təhsil almasının sevindirici hal olduğunu qeyd edən millət vəkili onların burada özlərini öz vətənlərində hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib və onlara dəstəyin hər zaman daha da artacağına ümid etdiyini və azərbaycanlı tələbələrin də öz növbəsində Sakarya Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını deyib. Q. Paşayeva rektor müavininə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlat verib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. O, rektor müavininə Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı tanıkların dilinden” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan həqiqətləri” sənədli filmlər kataloqunu hədiyyə edib.

O, azərbaycanlı tələbələrin yaratdığı Öyrənci Topluluğunun rəhbəri Alik Bağırovun bəzi tələbələr adından ondan xahişini rektor yardımçısına çatdırıb və imkansız bəzi tələbələrin yemək xərclərinin universitetin tərəfindən qarşılanmasını xahiş edib. Sakarya Universitetin rektor müavini Prof.Dr. Musa Eken mütləq bu xahişin müsbət həllinə çalışacaqlarını deyib. Q. Paşayeva rektor müavinini və rektoru Azərbaycana dəvət edib. Rektor muavini dəvəti məmnuniyyətlə qəbul edib və Sakarya Universiteti ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb. Millət vəkili Qənirə Paşayeva həmçinin Sakarya Universitetində təhsil alan azərbaycanlı gənclərlə də görüşüb və onlarla geniş söhbətlər edib. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Q. Paşayeva bir sıra azərbaycanlı tələbələrə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib. O eyni zamanda gənclərin problemləri ilə də maraqlanıb və bildirib ki, bələdiyyə başqanı ilə görüşdə 50 imkanları aşağı olan tələbələrin nəqliyyat xərclərinin bələdiyyə tərəfindən qarşılanmasını xahiş edib və bələdiyyə başçısı bu xahişi yerinə yetirəcəyini deyib.

Millət vəkili tələbələrə bildirib ki, universitet rəhbəriyi ilə görüşdə də imkanları zəif tələbələrin bir neçəsinin yemək xərclərinin universitet tərəfindən qarşılanması xahişinə müsbət cavab alıb. Qənirə Paşayeva universitetdə azərbaycanlı tələbələrin Öyrənci Topluluğu yaratmasının vacibliyini və əhəmiyyətini vurğulayaraq onlarrı təbrik edib və bildirib ki, hər zaman əlimizdən gələn dəstəyi Öyrənci Topluluğuna göstərməyə hazırıq deyib. Öyrənci Topluluğunun rəhbəri Alik Bağırovla geniş söhbət etdiyini deyən millət vəkili Qənirə Paşayeva gəncləri hər zaman birlik və bərabərlik içində,bir-birinə yardımlaşma içərisində olmağa çağırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR