AMEA-da yeni təyinatlar
Bizi izləyin

Qırmızı.az

AMEA-da yeni təyinatlar

AMEA Mikrobiologiya İnstitutuna yeni təyinatlar olub. Institutdan Publika.az-a verilən məlumata görə, direktor müavini vəzifəsinə AMEA-nın müxbir üzvü Pənah Muradov təyin edilib. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

Digər bir qərarla biologiya üzrə fəlsəfə doktoru Fəridə Qəhrəmanova qurumun elmi katibi vəzifəsinə təyin olunub.

İclasda, həmçinin Mikrobiologiya İnstitutunun Elmi Şurasının yeni tərkibi təsdiq olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm