Qırmızı.az
Azərbaycanlı diversant bilib erməniyə işgəncə verdilər
Erməni hərbçiləri azərbaycanlı diversant zənn etdikləri
31 yaşlı erməniyə işgəncələr verib.
ANS PRESS-in məlumatına görə, zərərçəkmiş Alik Zaxaryanın anası
Sona Saakyan oğlunun yaşadığı dəhşəti epress.am-a danışıb.
Hadisə 19 iyul 2014-cü ildə Qeqarkunik vilayətinin Martuni
rayonunda baş verib. 31 yaşlı erməni Alik Zaxaryan doğmalarının
məzarını ziyarət etmək üçün qəbiristanlığa gedib. Bu zaman
Ermənistan Müdafiə Nazirliyinin dövlət nişanı olan avtomobildən
avtomatla silahlanmış adamlar düşərək onu əhatə alıblar. Əllərini
burub, qandal vururlar.
"Oğlumu azərbaycanlı diversant bilib diz çökdürüblər. Xəndəkdən
çirkli su içməyə məcbur ediblər, döyüblər, maşına basıb hərbi polis
bölməsinə aparıblar. Oğlumun əllərini bağlayıb 5 saat yarım
ağlasığmaz işgəncə veriblər.
Oğlum haradan olduğunu, atasının adını deyərək azərbaycanlı
olmadığını bildirsə də ona inanmayıblar. Əlində erməni dilində
kitab olub oğlumun, amma onlar öz aralarında danışıblar ki,
azərbaycanlı da erməni kitabı ola bilər" – deyə Sona Saakyan
danışıb.
Qadının sözlərinə görə, hərbi polis əməkdaşları onun əlil oğlu
üzərində təhqirlərə və zorakılığa bölmədə də davam etdiriblblər.
"Əlləri bağlı halda köynəyini başına keçiriblər, 10 dəqiqə
döydükdən sonra yenə də sorğu-sual ediblər. Azərbaycanlı olduğunu
boynuna qoymaq istəyiblər... Oğlumun şalvarını dartıb cırıblar ki,
cinsiyyət üzvünə baxsınlar. Fotosunu çəkib, azərbaycanlı
olub-olmadığını aydınlaşdırmaq istəyiblər. Dilini çıxarmaq üçün
sıxıblar, göz qapaqlarını tərsinə çeviriblər".
Oğlunun çoxsaylı bədən xəsarətləri və dəhşət içində evə döndüyünü
söyləyən ana, oğlunu dəliyə bənzədib: "Onun bütün sifəti gömgöy
idi, gözləri qan içində, şalvarı cırıq-cırıq idi. Alik dəliyə
oxşayırdı. Dəhşətli dərəcədə qorxmuşdu. Hələ də sümükləri və
bağlanmış qolları ağrıyır".
Polis idarəsində onlara şikayət etməməyi məsləhət görüblər. Bundan
əlavə hədələyiblər ki, şikayət edərsə onlar üçün daha da pis
olacaq.
"Cinayət axtarış idarəsinin rəisi Araik Qalstyan mənə deyir ki, bir
işdir olub, şikayət etmə. Mən özüm də orada idim, amma oğlunu
döyməmişəm. Lazım gələrsə sənin oğlunun boynuna elə cinayətləri
qoyarıq ki, məəttəl qalarsan" - deyən ana, polisdən də qorxduğunu
bildirib.
Polis rəisi Martuni də qadının şikayət verməsinə qarşı çıxıb: "Sən
heç nəyə nail olmayacaqsan, ancaq boş yerə vaxtını və pulunu
itirəcəksən. Dedim ki, hərbi polisin əməkdaşları döyüblər,
vəssalam!".
Sona Saakyanın sözlərinə görə, oğlu əlil olsa da hərbi xidmətə
aparılıb və orduda xidmət göstərərkən də sağlamlığında problemlər
olub.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO