Azərbaycanlı hakerlər İrəvan bankını taladı - FOTO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı hakerlər İrəvan bankını taladı - FOTO

“Azərbaycanın hakerləri Ermənistanın Mərkəzi Bankının serverlərini sındırmayıb”.

Axar.az Reqnum agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Ermənistanın Mərkəzi Bankının Mətbuat Xidməti yayıb.

Bank hazırda serverlərinin qorunduğunu bildirib:

“Mərkəzi Bank bəyan edir ki, bankın serverləri etibarlı müdafiə altındadır. Serverlərdən heç bir informasiya çıxarılması yoxdur və bütün hücumların hər biri uğurla neytrallaşdırılıb. İnternetdə peyda olan arxiv məlumatlar isə aktuallığını itirib, köhnəlib və yalan xarakteri daşıyır. Bankın mütəxəssisləri hazırda internetdə yayılmış məlumatların mənbəyini öyrənməyə çalışır”.

Qeyd edək ki, bir müddət öncə informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan öz bloqunda Azərbaycan hakerlərinin Ermənistan Mərkəzi Bankının sənədlərini ələ keçirdiyini bildirmişdi. Martirosyan ələ keçirilən faylların həcminin 2.4GB olduğunu, tərkibində isə məktub, müqavilələr və digər şeylərin yer aldığını qeyd etmişdi. O, saytın azərbaycanlı hakerlər tərəfindən 11 sentyabrda dağıdıldığını söyləmişdi.

Onu da xatırladaq ki, azərbaycanlı hakerlər məlumatlarını antiarmenian.org saytında bölüşüblər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm