120 min manat pul olan seyfləri oğurlayanlar tutuldu
Bizi izləyin

Qırmızı.az

120 min manat pul olan seyfləri oğurlayanlar tutuldu

Bakıda mağazalardan pul dolu seyf oğurlayanlar tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, sentyabrın 28-i Q.Qarayev prospektində yerləşən mebel mağazasından açar seçmə yolu ilə içərisində 55000 manat, oktyabrın 13-də saat 08:30 radələrində B.Nuriyev küçəsində yerləşən mağazadan pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə içərisində 65.000 manat olan seyflər oğurlanıb.

Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Kərim Kubayeviç Kubayev və 1995-ci il təvəllüdlü Renat Məhərrəmov tutulublar. Faktla bağlı cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm