Qırmızı.az
Müdafiə Nazirliyi hərbi attaşeləri topladı
Noyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş 13 ölkənin hərbi attaşesinin iştirakı ilə tədbir keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyin Mahmudov və Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində düşmən helikopterinin vurulması ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Bildirilib ki, Azərbaycan tərəfinin dəfələrlə Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğunu, bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcəyi və hava sərhədlərimizi pozanlara qarşı Azərbaycan Respublikasının hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcəyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum ediblər.
Hərbi qulluqçularımızın sayıqlıq və igidliyi nəticəsində düşmənin Mi-24 tipli döyüş helikopteri "İQLA" daşınan zenit raket kompleksi ilə məhv edilib. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Muradov İlkin Məmməd oğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Eyni zamanda vurğulanıb ki, helikopterin həlak olan ekipajı heç
də qondarma Dağlıq Qarabağın deyil, Ermənistan Respublikasının
Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularıdır.
Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR