Gəncədə Milli Konfrans keçirilib
Bizi izləyin

Qırmızı.az

Gəncədə Milli Konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan və ABŞ hökumətlərinin birgə maliyyələşdirdikləri Sosial İqtisadi İnkişaf Fəaliyyəti layihəsi (SEDA) tərəfindən Gəncədə “Vətəndaş iştirakçılığı: qanunvericilik və onun tətbiqi məsələləri” mövzusunda konfrans keçirilib.

Şuranın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, konfransda Gəncə-Qazax iqtisadi rayonunu əhatə edən 9 şəhər və rayonun icra hakimiyyəti orqanlarının nümayəndələri, bələdiyyə sədrləri, yerli QHT rəhbərləri, eləcə də beynəlxalq ekspertlər olmaqla ümumilikdə 80 nəfər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək abidəsi önünə gül dəstələri qoyublar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfransı giriş sözü ilə açaraq Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, Prezident İlham Əliyevin qeyri-hökumət təşkilatlarının fəaliyyətinə və inkişafına daim qayğı göstərdiyini bildirib. E.Vəliyev vətəndaş cəmiyyəti institutlarının dövlətlərin iqtisadi və sosial həyatında mühüm rol oynadığını və çoxsaylı ictimai, sosial, iqtisadi problemlərin həllində vacib tərəfdaş kimi çıxış etdiyini xüsusi vurğulayıb. Tədbirin keçirilməsini regionda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına yüksək qayğı olaraq dəyərləndirən şəhər icra hakimiyyətinin başçısı konfransın işinə uğurlar arzulayıb.​

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbirin əhəmiyyətini qeyd edərək “İctimai iştirakçılıq haqqında” Qanunun qəbulunu və onun Prezident İlham Əliyev tərəfindən icraya yönəldilməsini ölkə vətəndaşlarının dövlət idarəçiliyində və qərarların qəbulunda fəal iştirakının təmin edilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. O, Azərbaycan Hökumətinin bu addımını indiyə qədər ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğunun və demokratikləşmə prosesinin davamlılığı, dövlət-vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlandığı kimi dəyərləndirib.

Sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş ofisinin Qafqaz üzrə məsul işçisi xanım Hezer Vord, Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzinin (ICNL) vitse-prezidenti Nataliya Burjali, Şərq-Qərb İdarəetmə İnstitutunun layihə rəhbəri Tim Mediqan və başqaları çıxış edərək “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il noyabrın 22-də imzaladığı Fərmandan irəli gələn məsələlərin regionun dövlət, yerli özünüidarəetmə orqanları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə müzakirə edilməsini yüksək qiymətləndiriblər.

İşini panel iclasları ilə davam etdirən konfransda ICNL-nin MDB üzrə baş hüquq məsləhətçisi Məhəmməd Quluzadənin, Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanovun mövzu ilə bağlı məruzələri dinlənilib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm