Qənirə Paşayeva Türkiyə televiziyalarında
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Türkiyə televiziyalarında

Millət vəkili Qənirə Paşayeva Türkiyənin TRT, TRT TÜRK, TRT HABER, Kanal 24, TGRT, TV 5, TRT Avaz televiziya kanallarına və bir sıra məşhur qəzetlərə, agentliklərə, mətbuat orqanlarına Qarabağ həqiqətləri və bölgədə baş verən son hadisələrlə bağlı geniş müsahibələr verib və proqramlarda iştirak edib.

Azərbaycan, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı fikirlərini bildirən və sualları cavablandıran millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi ilə bağlı daha geniş söhbət açıb. Millət vəkili Qənirə Paşayeva müsahibəsində Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verərək bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Azərbaycan ordusunun vurduğu Ermənistana məxsus vertalyotla bağlı da sualları cavablandıran millət vəkili Qənirə Paşayeva qardaş Türkiyə KİV-lərini bu məsələdə daha həssas olmağa çağırıb: "Dağlıq Qarabağ adlı bir dövlət yoxdur və heç zaman da olmayacaq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında saxta bir rejim yaradıb və onlar dünya tərəfindən tanınmır və heç bir zamanda da tanınmayacaq". Millət vəkili Qənirə Paşayeva deyib ki, bütün dünyanın Ermənistana təzyiq göstərərək sənin hərbi vertalyotunun, əsgərinin Azərbaycan hava sahəsində, torpağında nə işi vardı deyə təzyiq etməsi lazımdır: "Ermənistanın işğal etdiyi Azərbaycan bölgəsi olan Ağdamda və ön cəbhə bölgəsinde 40 minlik əsgərlə təlim keçirməsinə səssiz qalan güclər, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa bölgədə durumun gərginləşməsinin təəssüf ki, qarşısını almaq üçün heç bir addım atmırlar. Onlar Ermənistandan işgal etdiyi Azərbaycan bölgesi olan Ağdamda, həm də tam ön cəbhəyə yaxın 40 minlik əsgərlə hərbi təlimləri nə üçün keçirirsiniz, buna nə haqqınız var deyə Ermənistana heç bir təzyiq göstərmirlər. Və Ermənsitan hərbi helikopteri bu təlimlər zamanı Azərbaycanın zaten bu təlimlərlə ihlal etdiyi hava sahəsini daha da ihlal edərək işgal altında olmayan bölgələrə doğru da görünməsi artıq səbri daşıran son addım oldu.

Azərbaycan əsgərləri də Ermənistanın təxribatlarının qarşısını alaraq həmin helikopteri vurmuş və onların insanımıza hər hansı bir zarar verə bilmələrinin qarşısını almışlar. Təəssüf ki, bu gün de beynəlxalq təşkilatlar Ermənistana sizin hərbi helikopterin helikopterin vurulduğu yerdə nə işi vardı, orada nə axtarırdı, orası Azərbaycanın hava sahəsi deyərek ciddi təzyiq göstərmirlər. Özəlliklə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan ATƏT MQ həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın bölgədə daha da şımarmasına və durumu daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur. Amma artıq münaqişənin sülh yolu ilə həlli üçün dayanmadan çalışan Azərbaycanın hərbi güclərinin, xalqının da səbri daşmışdır və artıq yetər deyirik. Ermənistan artıq anlamalıdır ki, Azərbaycana qarşı etdiyi bu kimi təxribatlara, hava sahəsini pozmalarına qarşı çox sərt cavab alacaqlar. 20 ildir Azərbaycan torpaqlarını işgaldan azad etməyən Ermənistana bunun bir dərs olması lazımdır. ATƏT-in Minsk Qrupu həmsədrlərini də artıq münaqişənin həlli üçün ciddi addınlar atmağa çağırırq və işgalçını şımartmanız artıq yetər deyirik. Hər şeyin bir həddi var,” deyib. Azərbaycan həqiqtlərinin həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük missiya düşdüyünü deyən Qənirə Paşayeva bəzi KİV-lərdə bu məsələ ilə bağlı yanlış məlumatlar bizi ciddi üzür və inanırıq ki, bunlar bir daha təkrarlanmayacaq və bütün həmkarlarımızı, dostları bu həssas məsələ ilə bağlı məlumatlar verərkən daha həssas olmağa çağırırıq deyib. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” –deyən millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir" fikirlərini vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan və Türkiyə bu bölgənin getdikcə böyüyən gücləridir. Hər məsələdə münasibətlərimiz o qədər güclənməlidir ki, bir-birimizə o qədər bağlanmalıyıq ki, hər hansı bir qüvvə bizi bir-birimizdən ayıra bilməsin”.

O, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındaKİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva 2015-ci ilə doğru ermənilərin özlərinin qondarma erməni soyqırımı iddiaları ilə bağlı daha da aktivləşəcəyini və bunun artıq ciddi şəkildə hiss olunduğunu bildirib və qondarma erməni soyqırımına qarşı mübarizədə də Türk Dünyası KİV-nin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayaraq jurnalistlərimiz də daxil olmaqla hər bir insanımızı qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm