Yol polisini vurub qaçan sərxoş sürücü tutuldu
Bizi izləyin

Qırmızı.az

Yol polisini vurub qaçan sərxoş sürücü tutuldu

Bakıda yol polisini avtomobillə vurub qaçan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, noyabrın 14-də saat 01 radələrində Nərimanov rayonunun Yusif Vəzir Çəmənzəminli küçəsində Qusar rayon sakini Elman Beybutov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə həmin ərazidə xidmət aparan Bakı Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis kiçik serjantı Yaşar Qocalını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm