Gürcüstan vətəndaşını girov götürən həmyerliləri saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Gürcüstan vətəndaşını girov götürən həmyerliləri saxlanıldı

Gürcüstan vətəndaşını girov götürən həmyerliləri saxlanıldı.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Baş Cinayət-Axtarış və Baş Mütəşəkkil Cİnayətkarlıqla Mübarizə idarələri və Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr ayının 11-dən 14-dək olan müddətdə Gürcüstan vətəndaşı Boris Maçaidzeni girov götürmüş Gürcüstan vətəndaşları Georgi Qatanadze, Teymurazi Kobaxidze, Mogeli Gelaşvili və Bakı şəhər sakini Rəfayel Xubalaşvili tutulublar.

Onlar B.Maçaidzeni Bakı şəhəri ərazisindəki müxtəlif evlərdə girov saxlayıb, öldürəcəkləri ilə hədələyərək buraxılması müqabilində ailə üzvlərindən 10.000 manat tələb ediblər.

Faktla əlaqədar cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm