Bakının qızan 80%-i, tələbəta uyğun verilən qaz - bəs niyə üşüyürük?
Bizi izləyin

Qırmızı.az

Bakının qızan 80%-i, tələbəta uyğun verilən qaz - bəs niyə üşüyürük?

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən paytaxt ərazisində istiliklə təchizat 80% yerinə yetirlib.

Bu barədə Publika.az-a “Azəristiliktəchizat” ASC-nin müştəri və abonent xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, artıq noyabr ayının 15-dən paytaxt binalarının istiliklə tam təchizatı yekunlaşdırılmalı olsa da, bu sahədə bəzi problemlər var:

“Bəzi ərazilərdə qazla bağlı problemlər var, biz bununla bağlı “Azəriqaz” İB-ə müraciət etmişik, onlar da təzyiqi artırırlar. Bir çox iri rayon qazanxanalarının dövriyəsində 4 min kuba yaxın su var. Orada birdən-birə suyun temperaturunu qaldırmaq mümkün olmur. Elə qazanxanalarımız var ki, onun üzərində 250-dən çox obyekt yerləşir. Hər qazanxanada olan 4 min kub suyun hamısını bir günün içində qızdırıb dövriyyəyə ötürmək mümkün deyil. Biz temperaturu 10 dərəcə-10 dərəcə artıra bilirik. Bir çaydanı qoyanda 15 dəqiqəyə qaynayır. 4 min kub suyun hər dəfə temperaturu 10 dərəcə artırmalı, dövriyyədə fırlanmalı, yenidən qazanxanaya qayıtmalıdır. Ona görə də bu proses 2-3 gün çəkəcək”.

“Azəriqaz” İB-dən isə qazla bağlı heç bir problemin olmadığını dedilər. Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qış rejiminə vaxtından əvvəl keçilib. Qaz da əhalinin tələbatına uyğun verilir: “Qazın verilişində heç bir məhdudiyyət yoxdur. Kütləvi tələbat artanda qaz kəmərlərində tənzimləyici qurğular olur ki, bu qurğular vasitəsilə qaz tənzimlənir”.

Qurum rəsmisi ötən illərlə müqayisədə əhali tərəfindən qazın həcminin 2 dəfədən çox artdığını deyir. Belə ki, son bir neçə gün ərzində artırılan qazın həcmi ötən ildən 21 milyon kub metr çoxdur.

“Azəriqaz” İB tələbəta uyğun qaz verildiyini desə də, görünən odur ki, təzyiqi ötən ildəkindən 2 dəfədən çox artırılan bu qazala nəinki evləri qızdırmaq, heç yemək bişirmək belə mümkün deyil.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm