Ölkənin ən böyük kolbasa istehsalçısından açıqlama
Bizi izləyin

Qırmızı.az

Ölkənin ən böyük kolbasa istehsalçısından açıqlama

Publika.Az saytı və "Gündəlik Teleqraf" qəzeti olaraq halal məhsullarla bağlı son zamanlar mətbuatda gedən yazıların nə dərəcədə əsaslı olduğunu araşdırmaq qərarına gəldik. Amma biz gördüklərimizdən dəhşətə gəlmədik, sadəcə sevindik və ürək dolusu rahat nəfəs aldıq.

Ədviyyat qoxusu, yaşıl xalatlılar və təbəssüm

Qapıdan başlanan səmimi təbəssüm buradakı təmiz, şəffaf, rahat yaşamın xəbərçisi idi əslində. Bizə elə dəhlizdə ağ xalatlar verildi. İçəri daxil olduq və burnumuza xoş ədviyyat qoxusu vurdu.

Bəli, biz "Min bərəkət, halal nemət" istehsalat müəssisəsinə birgə səyahət edəcəyik, əziz oxucular! Öncə deyim ki, "Min bərəkət, halal nemət" "Halal" və "Klassik" adlı onlarla çeşiddə sosiska və kolbasa istehsal edilir.

Səyahətə "Halal"dan başladıq

İçəri keçmək üçün mütləq bu dəmir lövhənin üzərinə çıxmalısan. Bu çöldən içəri, ayaqqabılarda olan hər hansı mikrobun sexə keçməməsi üçün nəzərdə tutulmuş xüsusi aparatdır ki, işçilər hər gün bu lövhəni ayaqlamağa məcburdur. Dəmir lövhənin üst hissəsinə isə əlləri dezinfeksiya etmək üçün aparat quraşdırlıb. Aparatın içinə əllərini uzadırsan, bu zaman əllərinə ilıq spirt çilənir.

Bizim baş vurduğumuz ilk yer məhsullara vurulan qatqıların və ədviyyatın saxlandığı anbar oldu. Sərinlik və xoş hava dolmuş otaqda əyninə yaşıl xalat geyinmiş, əlləri əlcəkli, ağızları resperatorla (maska) ilə bağlı işçiləri biz kombinat boyu seyr edəcəyik. Amma bir yerdən başqa. Gözləyin, o qapını da açacağıq.

Bizə isə istehsalat rəisi Rəfail Məmmədov bələdçilik edir. Texnoloji təhsilini Almaniyada alan mehriban, gülərüz texnoloq Rəfail Məmmədovun suallarmıza geniş cavab verməsi onun bu sahəni dərindən bildiyini göstərir.

O, bizə kolbasa və sosiskanın hazırlanma texnologiyasından və onun tərkibindən danışır. Bəlli olur ki, "Min bərəkət, halal nemət"in məhsullarının tərkibindəki ədva qatqıları xarici ölkələrdən, dünyanın ən məşhur brendlərindən alınır. Ancaq ət məhsullarının tərkibinə qatılan quru süd, qaymaq daxili bazardan əldə edilir. Burada nələr yoxdur? Hildən tutmuş, kraxmala qədər müxtəlif keyfiyyətli qatqılar. Diqqətimizi çəkən "Biberg 12" isə Avstriyadan gətirilir ki, bu da kolbasa və sosiskaya xüsusi tam verən qatqıdır. Bələdçimiz qatqıların miqdarını gizli saxlayır: "Bu resept sirridir" deyir. "Səhliyalı" məhsullarına özünəməxsus dad və keyfiyyət verən sirr isə sirr olaraq qalır.

Sulanmış otaqlardan, iri maşınlardan süfrəmizə gələn dad

İndi isə ət məhsullarının xırdalayan iri maşınlar düzülmüş otaqdayıq. Otağın içində iri-iri maşınlar quraşdırılıb. Almaniyadan alınan bu texniki avadanlıqda ət lap un kimi xırdalanır. Bir tərəfdə isə kərə yağı maşında doğranır. Bu çox maraqlı mənzərədir. Sanki cansız maşın sarı rəngli kitabı sürətlə vərəqləyir. Bu kərə yağı halal məhsula qatılmaq üçün hazırlanır. Bu qədər ətin çəkildiyi otaq isə tərtəmizdir. Ayağımızın altından ancaq təmiz su axır. Heç bir qan, qoxu işçilərin rahatlığını pozmur. Təmiz hava, sərin otaqlar, müasir texniki avadanlığın sakit işi, işçilərdə yaratdığı xoş aura onların əlindən məhsullara axır. Axı xoş ovqatla hazırlanan qida dadlı olur.

Hindistandan, Braziliyadan, Rusiyadan evimizə qədər...

Hazır ətin saxlandığı iri soyuducuya giririk. İnanmazsınız, yayın bu istisində soyuqdan tir-tir əsirik soyuducuda. Burada iri qablarda toyuq, hinduşka, mal əti saxlanır. Sümükdən ayrılmış ət hissələri maşınlarda çəkilir və qatqısı qatılır. Hazır qatqı istehsala qədər soyuducuda saxlanır ki, tərkibində dəyişiklik olmasın.

Bir məqamı xüsusi ilə qeyd etmək yerinə düşər. Adətən, satış nöqtələrində gözümüzə sataşan, üstünə "halal" yazılmış sosiska-kolbasa çeşidlərinin halallığı haqqında bizdə şübhə yaranır. Bəziləri isə deyir ki, dünya sənayesində halal standartı yoxdur. Kolbasaya mütləq donuz yağı vurulmalıdır. Bu barədə "Min bərəkət, halal nemət" istehsalat müəssisəsinin texnoloqu Rəfail Məmmədovdan soruşuruq:

"Donuz yağı kolbasaya ona görə vurulur ki, məhsul tarım dayansın və yumşaq olsun. Biz onun tərkibindəki maddəni digər qidadan - inəyin qarın nahiyəsindən çıxarılan piy və toyuq dərisindən hazırlayırıq".

Ət anbarında saxlanan iri ət bükümlərinin arasındakı məhsulların çoxu inək ətidir və bu Hindistandan gətirilir. Hindistanda müsəlmanların tam müsəlman qaydası ilə kəsib qablaşdırdığı inək ətinin istehsalı ilə məşğul olan şirkətin alıcıları isə təkcə Hindistanı deyil, dünyanın bir çox müsəlman ölkələrini əhatə edir.

"Min bərəkət, halal nemət" istehsalat müəssisəsi inək ətini təkcə, Hindistandan deyil, eyni zamanda Braziliyadan da alır. Toyuq ətinə gəlincə, bu, ancaq ölkəmizin broyler sexlərinin hesabına təmin edilir.

Alman sobaları və "Halal"dan uzaqdakı mavi "Klassik"a...

"Min bərəkət, halal nemət" istehsalat müəssisəsi Azərbaycanda yeganə kombinatdır ki, yerləşdiyi bina xüsusi olaraq, ət məhsullarının istehsalı üçün nəzərdə tutulub. Binanı Almaniyadan dəvət edilmiş mühəndislər tikib. Binanın təməlində isə gəmiricilər əleyhinə səs aparatları quraşdırılıb ki, bu qurğulardan gələn səsi işçilər eşitməsə də gəmiricilər çox yaxşı eşidir və qorxudan qaçırlar.

Bizim isə səyahətimiz davam edir. Artiq "Klassik" çeşidlərin hazırlandığı sexdəyik. "Səhliyalı" ilə "Klassik"i bir-birindən təkcə fərqli rənglərdə olan koridor ayırmır, eyni zamanda bu sexdə artıq yaşıl xalatlılara rast gəlməyəcəyik. Bu sexin sobasından tutmuş, dəhlizinə qədər hər şeyi ayrıdır. Bu isə çox yaxşı nümunədir. "Halal"ın islam dinində haram sayılan donuz ətindən uzaq tutulması bizimlə birgə səyahətə çıxan oxucularımız üçün də çox sevindirici olacaq.

Onu da qeyd edim ki, kombinatın özəl laboratoriyası var ki, burada müəssisəyə daxil olan bütün qida məhsulları müayinədən keçirilir.

Laboratoriya müdiri İlahə Süleymanova deyir ki, fiziki, kimyəvi analizlər hər gün aparılır:

"Hətta burada istifadə olunan suyun tərkibi də yoxlanılır. Xammalın bəzən tərkibi normalara uyğun gəlmir. Biz bu barədə xəbərdarlıq edirik. Bakterioloji problemi olan məhsulları ümumiyyətlə, qəbul etmirik".

İlahə xanım onu da dedi ki, laboratoriya avadanlıqlarının hamısını Almaniya, Amerika istehsalıdır.

"Laboratoriyamızı genişləndirməyi planlaşdırmışıq. Hazırda Türkiyəyə səfərimiz var. Biz Türkiyədə aparıcı ölkələrdən aldığımız avadanlıqlarla necə rəftar etməyi öyrənəcəyik, təcrübə kursu keçəcəyik. Müasir standartlara uyğun analiz qaydaları haqqında bilgilər əldə edəcəyik".

Şənbə gününün çox hissəsini keçirdiyimiz "Min bərəkət, halal nemət" istehsalat müəssisəsindən çox xoş hisslərlə ayrıldıq: Nə yaxşı ki, ölkəmizdə belə xoş niyyətli insanlar və onların əməyinin bəhrəsi var.

Abuzər Azəroğlu

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm