Bakıda evlərə qənim kəsilən cinayətkarlar tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda evlərə qənim kəsilən cinayətkarlar tutuldu

Bakıda evlərin qənimi tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, İdarənin 6-cı və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxt ərazisində çoxsaylı yaşayış evlərini talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü Maqsud Talıbov tutulub.

Şübhəli şəxsin ətrafında aparılmış əməliyyat istintaq tədbirləri ilə müəyyən olunub ki, o, bu əməlləri oktyabrın 3-də Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş Gürcüstan vətəndaşı, əvvələr məhkum olunmuş 1989-cu il təvəllüdlü Yaşar Qayıbovla birlikdə törədib.

İstintaq araşdırmaları subut edib ki, onlar iyunun 27-də Biləcəri qəsəbəsində yaşayan Svetlana Adıgözəlovanın evindən qapını sındırma yolu ilə 1200 ABŞ dollar, 700 manat, noutbok və qızıl-zinət əşyaları, iyunun 28-i Biləcəri qəsəbəsi Füzuli küçəsində Arif Kabıyevin evindən 2950 manat, iyulun 26-da Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsində Müslim Əliyevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 10000 manat və qızıl-zinət əşyaları, avqustun 7-də Biləcəri qəsəbəsində yaşayan Xatirə Süleymanovaya məxsus mənzildən qızıl-zinət əşyaları, noutbok və dəri gödəkcə, avqustun 8-də Biləcəri şossesində yaşayan Arzu Kərimovanın evindən 200 manat və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Bundan başqa sentyabrın 18-də 1-ci mədən küçəsində yaşayan Sabir Tağıyevin evindən 300 manat, qızıl sırğa və noutbok, Vulkan dağ yaşayış massivində yaşayan Nicat Ağayevin evindən mobil telefon, sentyabrın 26-da Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yaşayan Fuad Səlimovun evindən pəncərədən keçməklə qızıl-zinət əşyaları və sentyabrın 27-də Biləcəri qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Rövşən İbrahimovun evindən açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm