Bakı yol polisindən uşaq ölümləri ilə bağlı SOS
Bizi izləyin

Qırmızı.az

Bakı yol polisindən uşaq ölümləri ilə bağlı SOS

Bu ilin 10 ayı ərzində paytaxt ərazisində uşaqların iştirakı ilə 63 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 19 uşaq dünyasını dəyişib, 51 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə uşaqların iştirakı ilə baş verən yol qəzalarının, həmçinin bu qəzalar nəticəsində ölən və yaralanan uşaqların sayı artıb:

“Bu, artıq həyəcan siqnalının verilməsi deməkdir. Uşaqlar bizim gələcəyimizdir. Yollarda uşaqların həyatlarının təhlükə altında olması hər birimizdə böyük narahatlıq doğurmalıdır”.

V.Əsədov qeyd edib ki, artıq 5 ildir bütün dünyada olduğu kimi, Azərbaycanda da noyabrın 21-də Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü qeyd edilir. Onun sözlərinə görə, noyabrın 21-də Bakının 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə xüsusi tədbir keçiriləcək. Tədbirdə yol polisi əməkdaşları, millət vəkilləri, təhsil işçiləri, valideynlər və şagirdlər iştirak edəcəklər: "Məqsəd yol qəza hadisələri ilə əlaqədar məktəb yaşlı uşaqların həyat və sağlamlığının qorunması ilə bağlı təbliğat işinin aparılması və bu məsələyə ictimiayyətin diqqətinin artırılmasına nail olmaqdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm