Əli Həsənov İrana gedib
Bizi izləyin

Qırmızı.az

Əli Həsənov İrana gedib

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov noyabrın 23-də İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbbinin dəvəti ilə Tehrana səfər edib.

Publika.az-ın AzərTaca istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Ə. Həsənovun İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi, vitse-prezidentlər İshaq Cihangiri və Seyid Məhəmmədəli Şəhidi ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm