Borcunu istədi, qətlə yetirildi - Rusiyada daha bir azərbaycanlı öldürülüb
Bizi izləyin

Qırmızı.az

Borcunu istədi, qətlə yetirildi - Rusiyada daha bir azərbaycanlı öldürülüb

Rusiyanın Krasnoyarsk vilayətinin Şuşenski rayonunda Tuva Respublikasının 22 yaşlı sakini 46 yaşlı azərbaycanlının qətlində şübhəli bilinərək saxlanılıb.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən bildirilib.

İstintaqın məlumatına görə, öldürülən şəxs yerli sakin olan qadına verdiyi 40 min rubl borcunu almaq üçün Şuşenski qəsəbəsinə gəlib. Amma qadın evdə olmayıb. Evə isə onun Tuvadan gələn qardaşları baxırmış.

Qardaşlardan biri qarajda avtomobil təmir edirmiş. Azərbaycanlı borcunu qaytarılmasını və ya ona girov kimi maşının açarlarının verilməsini tələb edib. Yüksək tonda keçən söhbət sonradan davaya keçib. Şübhəli şəxs bıçağı çıxararaq azərbaycanlının sinəsinə vurub.

Bundan sonra isə qardaşlar onun cəsədini 40 kilometr uzaqlıqdakı meşəyə aparıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm