Biləcəridə torpaq sürüşdü
Bizi izləyin

Qırmızı.az

Biləcəridə torpaq sürüşdü

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi 44 ünvanında sürüşmə baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyevin Publika.az-a verdiyi məlumata görə, sürüşmə son günlər atmosfer çöküntülərinin artması nəticəsində tökmə torpaqda baş verib.

“Ərazidəki mənzillərə zərər dəyməyib. Lakin gələcəkdə aktivləşmə olarsa, hər hansı problem yaşanacağı istisna edilmir. Bunun qarşısını almaq üçün də işlər aparılacaq”.

Ə.Piriyev hazırda nazirliyin əməkdaşlarının ərazidəki aktivliyi araşdırdığını bildirib:

“Hazırda mütəxəssislərimiz ərazidə iş aparır. Həm ərazini, həm də ətrafdakı vəziyyət araşdırılır. Hazırkı məlumata görə, ərazidə aktivləşmə müşahidə edilmir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm