Lənkəranda yağış suları evlərə doldu, 19 nəfər xilas olundu
Bizi izləyin

Qırmızı.az

Lənkəranda yağış suları evlərə doldu, 19 nəfər xilas olundu

Lənkəranda yağış suları evlərə dolub, 19 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirliyin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, noyabrın 25-də Lənkəran rayonu, Girdəni kəndi ərazisində yağan yağışlar nəticəsində vətəndaşların fərdi yaşayış evləri və həyətyanı sahələri su ilə dolub.

Əraziyə cəlb olunmuş nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən köməksiz vəziyyətdə qalmış 9 nəfəri uşaq olmaqla 19 nəfəri xilas edilərək təhlükəsiz əraziyə təxliyyə ediliblər. Hazırda xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm