Qırmızı.az
Türkdilli ölkələrin ortaq dərslikləri hazırlanacaq
Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünə hazırlıq məqsədilə görüş keçirilir.
Publika.az-ın məlumatına görə, görüşdə türkdilli ölkələrin mübadilə proqramları, ortaq dərsliklərin işlənib hazırlanması, orta məktəb səviyyəsində şagird mübadiləsi müzakirə edilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında
təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin
inkişafının əsas istiqamətləri, Türk Akademiyasının Elmi Şurasının
yaradılması barədə də fikir mübadiləsi aparılıb.
Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin
Təhsil nazirliklərinin yüksək vəzifəli şəxsləri iştirak
edirlər.
Qeyd edək ki, noyabrın 28-də Bakıda Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü
keçiriləcək.
Azərbaycanın ev sahibliyi ilə keçiriləcək görüşdə Qırğızıstanın
təhsil naziri Kanat Sadıkov, Türkiyənin milli təhsil naziri Nəbi
Avcı, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Türkiyənin Ali
Təhsil Şurasının sədri Yekta Saraç, Qazaxıstan Təhsil Nazirliyinin
məsul katibi Aliya Qalimova, həmçinin müşahidəçi qismində
Türkmənistan nümayəndələri, Türk Şurasının Baş katibi Ramil
Həsənov, Türk Akademiyasının rəhbəri Darhan Kıdırali, Azərbaycanın
bir sıra ali təhsil müəssisələrinin və digər müvafiq qurumların
nümayəndələri iştirak edəcəklər.
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?