Binədə dəhşətli qətl - 16 yaşlı qız həmcinsini qətlə yetirdi - TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Binədə dəhşətli qətl - 16 yaşlı qız həmcinsini qətlə yetirdi - TƏFƏRRÜAT

Hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, Aydan Xəlilova ilə qətlə yetirilən Şəms (Nəhmədova) Abdullayevə yaxın rəfiqə olublar:

"Onlar bir evdə qalıblar. Hələlik qətlin səbəbləri bəlli deyil. Bununla bağlı müvafiq araşdırma aparılır. Artıq Şəms Abdullayevanın valideynlərinə hadisə ilə bağlı məlumat verilib".

Səms Abdullayevanın əslən hansı rayondan olduğunu dəqiqləşdirmək mümkün olmasa da, prokurorluqdan verilən bilgidə qeyd olunur ki, onun soyadı ilə bağlı müəyyən qaranlıq məqam var. Belə ki, o, ailə həyatı qurduqdan sonra soyadı dəyişdirilib. İndi onun son soyadının Abdullayeva, yoxsa Nəhmədova olduğu araşdırılır.

10:54

Bakıda gənc qızı qətlə yetirən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinidən Publika.az-a verilən məlumata görə, dünən gecə saatlarında Binə qəsəbə sakini, 1991-ci il təvəllüdlü Səms Daşdəmir qızı (Nəhmədova) Abdullayeva naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Xəlilova tutulub.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm