Qırmızı.az
Bakıda 100-ə yaxın evdən oğurluq edən cinayətkar dəstə zərərsizləşdirilib
Xətai rayon Polis İdarəsinin əməkdaşları paytaxtda 100-ə yaxın evdən oğurluq etmiş mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən
məlumata görə, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində
Gürcüstan Respublikasının vətəndaşı 40 yaşlı Paata Mkurnalidze,
Bakı şəhər sakinləri, 31 yaşlı Quram Zeynalov və 27 yaşlı Aleksandr
Xusainov saxlanılıblar.
Dəstə üzvlərinin ətrafında aparılan istintaq araşdırmaları zamanı
məlum olub ki, onlar son bir neçə ayda paytaxtın Xətai, Binəqədi,
Nəsimi, Nizami və Yasamal rayonlarında əsasən 9 mərtəbəli bina
evlərindən çoxsaylı oğurluqlar ediblər. Saxlanılan şəxslər
ifadələrində bildiriblər ki, qabaqcadan əlbir olaraq binalara daxil
olublar, daha sonra isə mənzillərin qapısını döyüblər. Ev sahibləri
evdə olmadıqda Paata Mkurnalidze xüsusi alətlərin köpməyi ilə
qapıları açıb.
Dəstə üzvləri evlərə daxil olaraq içəridən külli miqdarda pul,
qızıl zinət əşyaları və digər bahalı malları talayıblar. Evdən
çıxdıqda isə Paata Mkurnalidze mümkün qədər qapıların kilidlərini
bağlamağa çalışıb. Oğurluq qızıllar elə həmin gün Gürcüstan
Respublikasına aparılıb. Qızılların daha qiymətli hissəsi satılması
üçün Rusiaya Federasiyasına göndərilib. Qalanları isə Tiflisdə pula
çevrilib. Paata Mkurnalidze satışdan əldə etdiyi pullardan Quram
Zeynalov və Aleksandr Xusainova da pay göndərib.
İstintaqla daha sonra müəyyən edilib ki, dəstə üzvü Quram Zeynalov
təkbaşına da oğurluq cinayətləri törədib. O, Paata Mkurnalidzedən
öyrəndiyi üsullarla evlərin qapısını açıb və külli miqdarda pul,
qızıl oğurlayıb. Əldə etdiyi qızılların bir hissəsini Bakıda, qalan
hissəsini isə Rusiyada satıb.Faktlarla bağlı başlanmış cinayət
işinin istintaqı davam etdirilir. Saxlanılan şəxslərin ehtimal
olunan digər cinayətləri araşdırılır.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı