Qırmızı.az
Azərbaycanda 5 dövlət standartı ləğv edildi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə qüvvədə olan 5 dövlət standartını ləğv edib.
Bu barədə Publika.az-a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Ölkədə dövri olaraq keçirilən yoxlama nəticəsində 5 dövlət standartı Komitə tərəfindən ləğv edilib:
- AZS 007-94 “Peçenye. Texniki şərtlər” və AZS 008-94 “Yulaf peçenyesi. Texniki şərtlər” dövlət standartları müasir tələblərə cavab vermədiyinə, aktuallıqlarını itirdiyinə və son illər bu standartlarla məhsul istehsal olunmadığı üçün;
- AZS 009-1994 “Qazlı su. Texniki şərtlər” dövlət standartı müasir tələblərə cavab vermədiyi, eyni zamanda AZS 282-2007 “Qablaşdırılmış içməli su. Ümumi texniki şərtlər” dövlət standartı qüvvədə olduğu üçün;
- AZS 085-2003 “Yataq ağları. Ümumi texniki şərtlər” dövlət standartı Azərbaycan Respublikası dövlət standartlaşdırma sisteminin əsasını təşkil edən AZS 1.5-96 dövlət standartının tələblərinə uyğun olmadığı üçün;
- AZS 255-2007 (TŞ 6606/1989) “Xərək və xərək tutqacları” dövlət standartında ölkədə qüvvədə olmayan türk standartlarına istinad olunduğu üçün ləğv edilib.
Dövri yoxlamada məqsəd standartlaşdırma üzrə normativ sənədlərdə qoyulan tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanması səviyyəsini öyrənmək, məhsulların istifadəsinin, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin şərtlərini, əmək rejimi və şəraitini nəzərə almaq, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddəaların pozulmasının qarşısını almaqdır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu