Kəmaləddin Heydərov Mingəçevirdə 5 rayonun sakinləri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Mingəçevirdə 5 rayonun sakinləri ilə görüşüb

Noyabrın 28-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Mingəçevir şəhərində Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 25 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 166, digər məsələlərlə bağlı müraciət etmiş 120 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm