Qırmızı.az
Fazil Mustafa Fəttah Heydərovun sözünə münasibət bildirdi
Televiziyalar yaxşı ailə modellərinin tanıtımına üstünlük verməlidirlər”.
Bu sözləri Axar.az-a millət vəkili Fazil Mustafa Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin üzvü Fəttah Heydərovun Azərbaycan KİV-də daha çox dağılmış, ikrah hissi doğuran ailələrin qabardılması ilə bağlı dediyi sözlərə münasibət bildirərkən deyib.
F.Mustafa qeyd edir ki, deputat həmkarının bu fikirləri ilə tamamilə razıdır:
“Televiziyalar yaxşı ailə modellərinin tanıtımına üstünlük verməlidir. Əlbəttə, bir sosial problem kimi ailənin problemlərini müzakirə etmək vacibdir, ancaq təqdimat forması insanlarda psixoloji sarsıntı yaratmamalıdır. Belə verilişlər olmalıdır, ancaq bayağılıqdan uzaq formalarda işlənib hazırlanmalıdır”.
Xatırladaq ki, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin üzvü Fəttah Heydərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda keçirilən konfransda Azərbaycan KİV-də daha çox dağılmış, ikrah hissi doğuran ailələrin qabardılması xoşagəlməz olduğunu bildirib.
F.Heydərov qeyd edib ki, bu gün hər kəs, xüsusilə də yaşlı nəsil Azərbaycanda baş verən proseslərə dərindən nəzərə salmalı, cəmiyyətə qara yaxmaq, onun təməl sütunlarını dağıtmaq istəyən qüvvələrə qarşı mübarizə aparmalıdır:
“Hazırda cəmiyyətin böyük hissəsini gənclər təşkil edir. Lakin gənclərin əksəriyyəti Azərbaycanın vaxtilə düşdüyü çətinlikləri görməyiblər. Onlarla ciddi iş aparılmalıdır. Cəmiyyət ailələrdən ibarətdir. Ailə özü bir kiçik dövlətdir. Hər ailənin iqtisadiyyatı və siyasəti vardır. Ailə möhkəmdirsə, dövlət də möhkəmdir. Ailə bu gün müasir dövrün tələblərinə cavab verirsə, dövlət də elədir".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR