“Aydın Yol” gözlənilən səviyyəni doğrultmadı - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

“Aydın Yol” gözlənilən səviyyəni doğrultmadı - RƏSMİ

“Aydın Yol” qəzetinin baş redaktoru Fəxri Uğurlu və əməkdaşlar Zöhrab Əmirxanlı və Tahir Kazımovun işdən uzaqlaşdırılması ilə bağlı məsələyə aydınlıq gəlib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn Publika.az-a bildirdi ki, “Aydın yol” qəzeti gözlənilən səviyyəni doğrultmadığı səbəbindən bəzi əməkdaşlarının sınaq müqaviləsinin vaxtı uzadılmayıb.

“Mərkəzin direktorunun qəzetin kadr məsələsinə qarışması”na gəlincə, bildirirəm ki, qəzet müstəqil mətbu orqan deyil, əməkdaşlarının maaşı, qəzetin qonorar və nəşr xərcləri Mərkəzin büdcəsindən ödənilir və təbii ki, kadr seçiminin rəhbərliklə razılaşdırılması vacibdir. Qəzetin baş redaktoru Fəxri Uğurlu isə hələ ki istefa ərizəsi verməyib”.

Redaksiyadan onu da öyrəndik ki, Fəxri Uğurlu günün ikinci yarısında işə gələcək və özü bu barədə ətraflı məlumat verəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm