Baş prokuror 5 rayonun sakinləri ilə görüşəcək
Bizi izləyin

Qırmızı.az

Baş prokuror 5 rayonun sakinləri ilə görüşəcək

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il dekabrın 5-də saat 10:00-da Abşeron rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğundan Publika.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xırdalan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm