• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Məscidi yandıranların şok planları açıldı - FOTO

Məscidi yandıranların şok planları açıldı - FOTO

Qaraçuxur məscidini yandırmağa görə həbs edilən PKK simpatizanları haqda müxtəlif xəbərlər gəlməkdədir.

Axar.az-ın əldə etdiyi son məlumatda qeyd edilir ki, kürd terror təşkilatının Azərbaycanda “Yekbun” adlı qruplaşmasının məqsəd və məramları olub.

Belə ki, “Yekbun” həmtəsisçiləri - Kamil Nəsibov və Elnur Ələkbərovun təşkilatı yaradarkən əvvəlcədən planları olub. Onlar gələcəyə hesablanan ideoloji bir strategiya götürüblər.

Xəbərə görə, təşkilat rəhbərliyi xəritədə dəyişiklik etmək, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilanın Kürdüstanın tərkib hissəsi olduğunu təbliğ niyyətində olublar.

Eyni zamanda, “Bakur”, “Başur”, “Rojhilat”, “Rojava” kimi təşkilatların Azərbaycanda yaşayan kürdlərə dəstək verərək "müstəqillik" yolunda birlik təşkil etməsini hesablayıblar. “Yekbun” rəhbərliyi bununla fəaliyyət çərçivəsini məhdudlaşdırmayıb. Onların proseslərin gedişində güclənərək Azərbaycan parlamentində kürd fraksiyası yaratmaq, media bazarına girmək, kürd iş adamlarını bir mərkəzdə toplamaq və mütəşəkkil bir hala gətirilmək planları qurulub.

Məlumatda o da deyilir ki, onlar Kobanidə döyüşmək üçün kürd gənclərini hazırlamaq niyyətində olublar. Lakin Qaraçuxur məscidindən başladıqları ilk cəhddən layihə uğursuzluğa düçar olub və hüquq-mühafizə orqanları cinayəti təsbit ediblər.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Qaraçuxur məscidinin yandırılması ilə bağlı məlumat yayıb. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR