Nazir yeni texnologiyaların tətbiqindən danışdı
Bizi izləyin

Qırmızı.az

Nazir yeni texnologiyaların tətbiqindən danışdı

“Ölkədə “3G”, “4G” və digər yeni texnologiyalar tətbiq edilmiş, internetə ən müasir çıxış imkanları yaradılıb. Bunun nəticəsidir ki, hazırda əhalinin 75%-i internet, onların 55%-i isə genişzolaqlı internet istifadəçisidir. Rəqəmli televiziya yayımına keçid tam başa çatmaq üzrədir və əhalinin təxminən 98%-nin rəqəmli televiziyaya çıxışı təmin olunub”.

Publika.az-ın məlumatına görə, bu sözləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Bakutel-2014” 20-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya İexnologiyaları Sərgi-Konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, MDB məkanında ilk olaraq ölkəmizdə bütün yaşayış məntəqələri telefonlaşdırılıb, telefon şəbəkəsi tam rəqəmləşdirilib 2013-cü ildə Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1” orbitə çıxarılıb və Avropa, Yaxın Şərq, Orta Asiya, Afrika ölkələrinə telekommunikasiya, internet, televiziya-radio yayımı və digər rabitə xidmətlərini uğurla göstərməkdədir.

Ə.Abbasov Azərbaycan iqtisadiyyatının innovativ və texnoloji tutumlu iqtisadiyyata transformasiyasını təmin etmək üçün yüksək texnologiyaların potensialına xüsusi əhəmiyyət verildiyini deyib:

“Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və onun tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması ölkədə rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun formalaşdırılmasına xidmət edir. İnformasiya texnologiyaları, mikroelektronika, kosmik, nano, bio və digər innovativ texnologiyaların inkişaf etdirilməsi, bu istiqamətdə dövlət, elm, təhsil və biznes arasında tərəfdaşlığın möhkəmləndirilməsi, innovativ sahibkarlığın genişləndirilməsi, rəqabətədavamlı İKT məhsul və xidmətlərinin, elmtutumlu və yüksək texnoloji məhsulların istehsalı və xarici bazarlara çıxarılması biliklərə əsaslanan iqtisadiyyatın qurulmasını təmin etmək üçün əsas vəzifələr olaraq planlaşdırılır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm