İş yerindən arayış almağa ehtiyac olmayacaq
Bizi izləyin

Qırmızı.az

İş yerindən arayış almağa ehtiyac olmayacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu gündən “İş yerinə dair arayış” adlı yeni elektron xidmətin vətəndaşlara təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini İdris İsayev məlumat verib.

2014-cü ilin əvvəlindən respublikamızda əmək müqaviləsi bildirişlərin üzrə elektron informasiya sisteminin uğurla tətbiq olunduğunu deyən İ.İsayevin sözlərinə görə, hazırda 33-ə yaxın elektron xidmət var. Ən çox istifadə olunan sosial sahəyə aid olan elektron xidmətlərdir:

"Azərbaycanda ən aktiv istifadəçi tezliyi olan 8 xidmətdən 4-ü sosial xidmətdir. Bundan 2-i ƏƏSMN-ə aid xidmətlərdir. Artıq bununla məmur-vətəndaş ünsiyyəti minimuma endiriləcək. Hər kəs problemini rahat şəkildə həll edəcək. Bu sistem həm də əllə yazılma imkanlarını minimumlaşdırılacaq".

Ölkədə işə götürənlər tərəfindən 1 milyon bildiriş imzalandığını deyən İ.İsayevin sözlərinə görə, bunların 82, 4%-i bildirişlərin bağlanması, 6%-i isə əmək müqavilələrinə xitam verilməsilə bağlıdır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm