Büdcəsi 1 milyon manatdan artıq olan film çəkilir
Bizi izləyin

Qırmızı.az

Büdcəsi 1 milyon manatdan artıq olan film çəkilir

Rejissor Vahid Mustafayevin 20 yanvar hadisələrindən bəhs edən "Qanlı yanvar" filminin yaradıcı heyəti ilə görüş keçirilir.


Publika.az-ın məlumatına görə, Bakıdakı Kempinski otelində baş tutan görüşdə rejissor Vahid Mustafayevlə yanaşı, çəkilişlərdə iştirak edən azərbaycanlı və xarici aktyorlar da iştirak edirlər.


Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Görüşdə filmin çəkilişi və əhəmiyyəti haqqında məlumat verilib. Filmin 20 Yanvar hadisələrinin 25 illiyinə həsr olunduğunu deyən müəllif V.Mustafayev çəkiliş qrupu haqda da ətraflı danışıb: "Bu çəkilişdə iştirak edən qrup beynəlmiləldir. Məşhur amerikalı aktyor Leyn Devis, türk kinosunun canlı əfsanəsi Nebahet Çehrə, Rusiyanın görkəmli aktyoru Yuri Balıyev, İrandan dəvət olunan kino-operator Afşin Əlizadənin başçılıq etdiyi çəkiliş qrupu yerli azərbaycanlılarla çalışıb.


Hər tərəfin öz həqiqəti və məsuliyyəti var. Mən də filmimdə bunları göstərməyə çalışmışam".


O, özünün də iştirakçısı olduğu 1990-cı il hadisələrində, 134 azərbaycanlının qətlə yetirildiyini deyib.


Rejissor bildirib ki, adıçəkilən filmin bir çox ölkələrdə nümayişi, festivallara göndərilməsi nəzərdə tutulub.

Vahid Mustafayev bildirib ki, filmin büdcəsi 1 milyon manatdan artıq olacaq.


"Yaxşı ki, filmdə çəkilmək təklifini qəbul etdim. Özümü evimdəki kimi hissə edirəm", - deyə türk aktrisa Nebahat Çehrə deyib.


Təqdimatı 20 yanvar 2015-ci il ərəfəsində planlaşdırılan filmin çəkilişləri hazırda davam edir. Qeyd edək ki, amerikalı jurnalist "Viktor" rolunu Leyn Deviz, Nebahat Çehrə isə "iki oğul anası", Balıyev isə Rusiyadan gəlmiş yüksək rütbəli məmuru canlandırır.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm