QİÇS-li əcnəbi ilə evlənən həmyerlimiz: “Birgə yaşamağa nə qədər zamanımız varsa...”
Bizi izləyin

Qırmızı.az

QİÇS-li əcnəbi ilə evlənən həmyerlimiz: “Birgə yaşamağa nə qədər zamanımız varsa...”

İlk baxışdan, Amanda Məmmədova ikinci körpəsini dünyaya gətirməyə hazırlaşan adi analardan fərqlənmir. Lakin o, sinəsində QİÇS xəstəliyinin simvolunu əks etdirən lent daşıyır.

Bununla da 34 yaşlı Amanda özünün ölümcül xəstəliyə düçar olmasını ətrafdakı insanların nəzərinə çatdırır. İndi isə başqa bir təhlükəli vəziyyət yaranıb: xəstəlik onun dünyaya gəlməyə hazırlaşan körpəsinə də keçə bilər.

Böyük Britaniyanın Bukingamşir qraflığından olan Amanda və onun həyat yoldaşı Əli 21 aylıq qızı Saabiranı tərbiyə edirlər. Xoşbəxtlikdən, Saabira təhlükəli xəstəliyə yoluxmayıb. Yeni doğulacaq körpə isə 3, 12 və 18-ci ayında həkim müayinəsindən keçiriləcək.

Amanda körpəsinin QİÇS-ə yoluxacağından da ehtiyat etmir. Cütlük daha bir uşaq dünyaya gətirməyi də planlaşdırır. O deyib : “Hamiləliyin hər bir halında təhlükə var. Mən bu uşağı dünyaya gətirmək istəyirəm. Nəyə görə onu evindən, sevgidən, valideynlərindən məhrum edim?”

Lakin Amanda körpəsinin QİÇS virusuna yoluxacağı halda bunun “dünyanın sonu olmadığını” iddia edir.

QİÇS virusuna yoluxmuş körpə xəstəliyə yoluxmayan insanlar qədər yaşaya bilər. Lakin xəstəliyə yoluxan insan bütün ömrü boyu dərmanlardan istifadə etməyə məcburdur. QİÇS xəstəliyindən müalicə almaq üçün ildə 11 min dollar sərf olunur. Bunu nəzərə alaraq demək olar ki, bir insanın müalicəsi üçün orta statistik ömrün sonunadək ümumilikdə 786 min dollar xərclənir.

Amanda deyib: “QİÇS xəstəliyi ilə yaşayan o qədər uşaq var ki. O, dünyaya gəlmədən bu barədə necə mühakimə yürüdə bilərik?”

QİÇS virusuna insan cinsi yolla, inyeksiya vasitəsilə, hamiləlik və süd əmizdirməklə yoluxa bilər.

Amanda evliliyə qədər bir neçə insanla münasibətdə olub. Əvvəlki münasibətindən hazırda Amandanın 14 yaşlı qızı da var. Qız atası ilə yaşayır. Amanda virusa keçmiş sevgililərindən birindən yoluxub. 2010-cu ildə müayinədən keçdikdən sonra o, QİÇS virusuna yoluxduğunu bilib.

Amanda bu diaqnozdan məyus olmadan normal həyat keçirtməyə davam edib. Əli Məmmədov və Amanda 2009-cu ildə Türkiyədə tanış olublar. Əli Bələk istirahət zonasında aerobika müəllimi və fotoqraf kimi çalışıb. Amanda Böyük Britaniyaya qayıtdıqdan sonra da onlar bir-biri ilə əlaqə saxlayıblar. Amanda Əlini görmək üçün Azərbaycana gəlməyə hazırlaşarkən klinikadan QİÇS virusuna yoluxması haqda xəbəri alıb.

Amanda deyib: “Sevdiyin insana QİÇS-ə yoluxduğunu söyləmək heç də asan deyil. Mən bu haqda ona “Skype” vasitəsilə dedim. O isə bu xəstəliyin öhdəsindən birgə gələ biləcəyimizi söylədi”.

Cütlük 2010-cu ilin sentyabr ayında evlənib. 2012-ci ildə yaşamaq üçün Böyük Britaniyaya köçüblər. Bundan sonra onlar uşağa sahib olmaq haqda planlar qurublar.

Əli bildirib: “Hər kəs yaşamağa layiqdir. Mən onu seçmişəm və onu sevirəm. Bizim birgə yaşamağa nə qədər zamanımız varsa, bir o qədər də onunla qalacam”.

2013-cü ilin fevral ayında cütlüyün Saabira (Səbirə - red.) adlı qızı dünyaya gəlib. Saabirada QİÇS virusu aşkarlanmasa da, o, daim həkim müayinəsi altındadır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm