296 nəfər ən yaxşı müəllim olmaq üçün yarışdı
Bizi izləyin

Qırmızı.az

296 nəfər ən yaxşı müəllim olmaq üçün yarışdı

Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi çərçivəsində məktəb direktorlarının təqdimatlarının dinlənilməsinə başlanılıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müsabiqələrin ilk mərhələsində təqdim edilmiş sənədlər yoxlanılıb və 61 məktəb, həmçinin 131 müəllim müsabiqənin növbəti mərhələsinə buraxılıb. Qeyd edək ki, müsabiqədə iştirak üçün 94 ümumtəhsil məktəbi və 296 müəllim müraciət edib.

“Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsində müəllimlərin Bakı şəhərinin seçilmiş məktəblərində nümunə dərsləri təşkil olunacaq.


Müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun olaraq, “2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” təhsil nazirinin əmrinə əsasən keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm