Nazir uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadəsindən narahatdır
Bizi izləyin

Qırmızı.az

Nazir uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadəsindən narahatdır

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkədə uşaqların daha erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsindən narahatlığını bildirib.

Trend-in məlumatına görə, M.Cabbarov bu gün elektron hökumət quruculuğuna həsr olunan respublika seminarında çıxışı zamanı deyib ki, bir çox ölkələrdə, hətta təhsil sistemi inkişaf etmiş ölkələrdə belə, sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyəti tətbiq edilir. Uşaqlar, adətən, 12 yaşdan sonra sosial şəbəkələrə qoşula bilirlər.

Nazirin sözlərinə görə, Azərbaycanda gənc nəsillərin sosial şəbəkələrdən istifadə etməsinin müsbət tərəfləri olsa da, bəzilərinin daha erkən yaşlarda - uşaq psixologiyası formalaşmadan sosial şəbəklərə qoşulması narahatedici haldır.

M.Cabbarov bu məsələ ilə bağlı cəmiyyət və ailələrin üzərinə də müəyyən işlərin düşdüyünü nəzərə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm