Pikassonun 85 000 dollarlıq boşqabı oğurlandı
Bizi izləyin

Qırmızı.az

Pikassonun 85 000 dollarlıq boşqabı oğurlandı

Pikassonun əl işi oğurlanıb.

Publika.az lenta.ru-ya istinadən xəbər verir ki, dahi rəssam tərəfindən düzəldilmiş gümüş boşqabı Mayami şəhərində “Art Bazel” festivalı zamanı oğurlayıblar. Boşqabın dəyəri isə 85 min dollardır.

Polisin verdiyi məlumata görə, oğurluq hadisəsi dünən gecə baş verib. Sərgi salonu bütün sutka ərzində kameralar və polis tərəfindən qorunsa da, qarəti heç bir kamera qeydə almayıb.

Sərgidə daha bahalı əl işləri, o cümlədən, qiyməti 365 min dollar olan keramika əsəri olsa da, oğrular yalnız bir incəsənət nümunəsini oğurlayıblar.

Oğurlanan qab “Visage aux mains” adlanır və 1956-cı ildə Pikasso tərəfindən hazırlanan 20 gümüş əşya seriyasına daxildir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm