Qırmızı.az
Bakı Ali Neft Məktəbində yeni təyinat
Bakı Ali Neft Məktəbində yeni təyinat olub.
Modern.az saytının xəbərinə görə, jurnalistlərin
yaxşı tanıdığı Zeynab Kazımova Bakı Ali Neft Məktəbində
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Z.Kazımova bu təyinatadək Azərbaycan Dillər Universitetinin
İctimaiyyətlə əlaqələr Departamentinin müdiri (mətbuat katibi)
olub.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin əvvəlki rəisi Kəmalə Paşayeva təhsilini doktorantura pilləsində davam etdirmək üçün Türkiyəyə gedib.
Zeynab Kazımova Modern.az-a bildirib ki, o, artıq Bakı Ali Neft Məktəbindəki yeni işinə başlayıb.
Zeynab Kazımova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və
beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq jurnalistika
ixtisası üzrə bakalavr və magistr pillələri üzrə təhsil alıb. Bakı
Slavyan Universitetində Beynəlxalq münasibətlər üzrə dissertantura
pilləsini başa vurub “Qarabağ münaqişəsi Fransa mətbuatında”
mövzusunda elmi işini yazıb.
1996-cı ildən jurnalistlik fəaliyyətinə başlayan Zeynab Kazımova həm radio və televiziyada, həm də müxtəlif qəzetlərdə müxbir kimi çalışıb. 2002-ci ildən Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin üzvü, 2003-cü ildən isə Birliyin Azərbaycan bölməsnin rəhbəri olub. 2003-2006-cı illərdə Azərbaycanda nərş olunan ilk fransızdilli qəzet “Az-Media” qəzetinin baş redaktoru təyin olunub. 2004-cü ildə Afrikada Burkina Faso Respublikasında keçirilən fransızdilli jurnalistlərin illik toplantısında iştirak edib. 2007-ci ildən həmni qəzet fəaliyyətini dayandırıb və Zeynab Kazımova “Le Carrefour” (Yol qovşağı) qəzetini təsis edib. Hazırda sözügedən qəzet Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqandır.
Zeynab Kazımova 2009-2010-cu illərdə Belçikanın Azad Brüssel Universitetinin Avropaşünaslıq İnstitutunda elmi işçi statusu alıb və həmin universitetdə “Ümumavropa təhlükəsizlyi və Cənubi Qafqazda münaqişələr” mövzusu üzrə araşdırma aparıb.
2008-ci ildə Azərbaycan Dillər Universitetində yeni yaradılan İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinə rəhbər təyin olunub. O cümlədən ADU-nun rəsmi orqanı olan “Poliqlot” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2010-cu ildən isə şöbə daxilində yaradılan Protokol xidmətinə də rəhbərlik edib.
2010-cu ildə Azərbaycan Dillər Universiteti “İlin Universiteti”,
ADU-nun Mətbuat xidməti isə ali təhsil müəssisələrinin analoji
strukturları içərisində birinci yerə çıxaraq “İlin mətbuat xidməti”
adını qazanıb.
2011-ci ildə isə ADU-nun Mətbuat xidmətinin rəhbəri ali təhsil müəssisələrinin analoji strukturları içərisində ”Ilin mətbuat katibi” seçilib.
2014-cü ilin fevralında ADU-da İctimaiyyətlə əlaqələr Departamenti yaradılıb və Zeynab Kazımova departament rəhbəri təryin olunub. 2014-cü ilin dekabrında isə, öz xahişi ilə tutduğu vəzifədən çıxıb. Zeynab Kazımova Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO