Zooparkda təmir başladı
Bizi izləyin

Qırmızı.az

Zooparkda təmir başladı

Bakı Zooparkında təmir işləri aparılır. Bu gündən başlanan təmir işlərinin bu ayın sonuna yekunlaşması planlaşdırlır.

Bu barədə Publika.az-a “Bakı Zooparkı”nın direktoru Azər Hüseynov məlumat verib.

“Təmirin məqsədi zooloji parkın təmiz olmasıdır. Təmir işləri Zooparkın daxili imkanları hesabına aparılır. Növbəti il ölkədə I Avropa Oyunları keçiriləcək, çoxlu turistlər gələcək. Zooparkımızın təmiz, səliqəli görünməsi üçün təmir işlərinə başlamışıq. Heyvanların saxlanma yerləri səliqəyə salınacaq, qəfəslər rənglənəcək, möhkəmləndiriləcək insanların oturacaq yerləri səliqəyə salınacaq”.

A.Hüseynov onu da bildirib ki, təmir işləri zooparkın fəaliyyətinə məhdudiyyət yaratmayacaq. Təmir əsaslı yox, cari olduğundan zoopark bağlanmayacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm